DÜNYA
Rusiyada saxta alkoqollu içki hazırlanmasında təqsirli bilinən Artyom Ayrapetyan həbs edilib

Moskva, 9 iyun, AZƏRTAC
Rusiyada “Mister sidr” adlı alkoqollu içkidən zəhərlənərək ölənlərin sayı 30 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, saxta içkidən təxminən 100 nəfər zəhərlənmə əlamətləri ilə tibb müəssisələrinə müraciət edib. İlk zəhərlənmə iyunun 5-də qeydə alınıb.
Araşdırma nəticəsində məlum olub ki, içki 10 il əvvəl müsadirə edilərək Daxili İşlər Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinin anbarında saxlanılan spirt tərkibli mayedən hazırlanıb. Rusiya İstintaq Komitəsinin məlumatına görə, bu ilin mayında Dmitri və Aleksey Yeqorovlar polis nəfəri İvan Qrebenkin ilə birlikdə həmin mayeni anbardan oğurlayaraq Artyom Ayrapetyana satıblar. O da öz növbəsində zəhərli mayeni “Andi” ASC-nin təsisçisi Anar Hüseynova satıb.
Məhkəmə Artyom Ayrapetyanın iki ay müddətinə həbs olunması barədə qərar çıxarıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 23.09.2023 [15:29]
Fransa İtaliya üzərindən mühacir axınının qarşısını almağa çalışır
- 23.09.2023 [14:57]
Dubayda dünyanın ilk üzən məscidi tikiləcək
- 23.09.2023 [14:03]
Qazaxıstan Türkiyə ilə gömrük nəzarəti prosedurunu sadələşdirir
- 23.09.2023 [13:49]
Fransada etiraz nümayişləri yenidən alovlanır
- 23.09.2023 [13:10]
Avropada dizel yanacağı bahalaşıb
- 23.09.2023 [11:53]
Co Bayden avtomobil sənayesi işçilərinin piketinə qoşulacaq
- 23.09.2023 [10:39]