DÜNYA


Rusiyada yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB

Rusiyada yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 5-ə çatıb - 
YENİLƏNİB

Moskva, 4 dekabr, AZƏRTAC

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 5-ə çatıb, xəsarət alanlar var.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, Nijnevartovsk şəhərinin Mira küçəsində partlayış zamanı beşmərtəbəli yaşayış binasının ikinci və üçüncü mərtəbələri uçub.

Şəhər rəhbərliyinin məlumatına görə, 5 nəfər ölüb, 10 nəfər xəstəxanalara yerləşdirilib.

18:12

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində yaşayış binasında partlayış olub.

AZƏRTAC xəbər verir ki, hadisə şəhərin Mir küçəsində baş verib. Qaz balonunun parlaması nəticəsində binanın iki girişində dağıntılar var.

İlkin məlumata görə, iki nəfər həlak olub, üç nəfər xəsarət alıb. Dağıntılar altında sakinlərin olduğu bildirilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.