DÜNYA


Rusiyanın televiziya kanalında baş vermiş insidentlə bağlı araşdırma aparılır

Rusiyanın televiziya kanalında baş vermiş insidentlə bağlı araşdırma aparılır

Moskva, 15 mart, AZƏRTAC

Rusiyanın “Pervıy” televiziya kanalının “Vremya” verilişində baş vermiş insidentlə bağlı araşdırma aparılır.

AZƏRTAC xəbər verir ki, martın 14-də “Vremya” xəbərlər proqramının əməkdaşı diktor Yekaterina Andreyeva canlı yayımda xəbərləri oxuyarkən, kanalın əməkdaşı efirdə müharibə əleyhinə plakat açaraq, Rusiyanın Ukraynada xüsusi əməliyyatına qarşı etiraz edib.

Hazırda televiziya kanalında xidməti araşdırma aparılır.

Rusiya mediasının yaydığı xəbərə görə, efirdə müharibə əleyhinə etiraz edən şəxs - kanalın redaktoru Marina Ovsyannikova saxlanılıb.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.