SİYASƏT
SƏFƏRALI BABAYEVİN ÇIXIŞI
O, Prezident Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərində ölkəmizdə gördüyü işləri, habelə sonralar Moskvadakı və Naxçıvandakı fəaliyyətini xatırlatdı, ona qarşı olan təzyiqlərdən, eləcə də xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından və gördüyü tarixi işlərdən, o cümlədən təhsil sahəsindəki nailiyyətlərdən danışdı. Bildirdi ki, təhsil sahəsində islahatlar müvəffəqiyyətlə həyata keçirilir, təhsil işçilərinin maddi rifahının yaxşılaşdırılması üçün ardıcıl olaraq tədbirlər görülür. Xalqımız yaxşı bilir ki, başlanmış quruculuq işlərinin vüsətlə davam eidirilməsi üçün indiki mərhələdə ölkəyə yenə də ancaq Heydər Əliyev kimi bir lider rəhbərlik etməlidir. Biz, təhsil işçiləri artıq öz seçimimizi etmişik və milli xilaskarımız, Azərbaycanı işıqlı sabaha aparan Heydər Əliyevin namizədliyini dəstəkləyirik və qarşıdakı seçkilərdə ona səs verəcəyik.