RƏSMİ XRONİKA


SƏFƏR BAŞA ÇATDI

AZƏRTAC xəbər verir ki, oktyabrın 12-də Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana rəsmi səfəri başa çatmışdır.

Azərbaycanın və Rumıniyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Milli geyimli uşaqlar dost ölkənin başçısına gül dəstəsi təqdim etdilər.

Təyyarənin pilləkəni yanında Prezident Trayan Beseskunu Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər ehtiramla yola saldılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin