ELM VƏ TƏHSİL
ŞAGİRDLƏRİN ASUDƏ VAXTLARININ SƏMƏRƏLİ TƏŞKİLİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Baş Təhsil İdarəsi (BŞBTİ) Nəsimi rayonundakı 46 nömrəli orta məktəbdə “Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin olunması” mövzusunda tədbir keçirmişdir.
BŞBTİ-nin müdiri Məhəbbət Qarabağlı xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin gənclərə və təhsilimizə göstərdiyi diqqət və qayğıdan danışmış, dahi rəhbərimizin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışdır.
Sonra mövzu ilə bağlı məruzə dinlənilmişdir.
Çıxış edənlər uşaq və yeniyetmələrin bədii və estetik zövqünün inkişaf etdirilməsi və sağlam həyat tərzinin təmin olunması ilə əlaqədar tərbiyə və təhsil ocaqlarında görülən işlərdən danışmış, bu sahəyə diqqətin daha da artırılmasının vacibliyini nəzərə çarpdırmışlar.