İQTİSADİYYAT


“SOCAR Energy Ukraine”nin “Çonqar” məntəqəsində yeni mərkəzi fəaliyyət göstərəcək

Kiyev, 28 yanvar, AZƏRTAC

“SOCAR Energy Ukraine” şirkəti Ukraynada ilk dəfə olaraq giriş-çıxış yoxlama məntəqəsində vətəndaşlara müasir xidmət göstərəcək mərkəz açacaq.

AZƏRTAC xəbər verir ki, Herson vilayətinin “Çonqar” yoxlama məntəqəsində yerləşəcək mərkəzin tikintisi başa çatdırılıb. Yaxın vaxtlarda mərkəzin rəsmi açılışı nəzərdə tutulur.

Vətəndaşlar bu mərkəzdə özlərini rahat, təhlükəsiz hiss edəcəklər, onlara yüksək xidmət göstəriləcək. Bu mərkəzdə istirahət zonaları da fəaliyyət göstərəcək.

Qeyd edək ki, “SOCAR Energy Ukraine” SOCAR-ın törəmə şirkətidir. SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda premium-klass yanacaqdoldurma məntəqələri şəbəkəsinə 60 kompleks və 4 neft bazası daxildir, onlar Ukraynanın 11 vilayətində fəaliyyət göstərir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.