İQTİSADİYYAT


SOCAR “Özbəkistanın neft və qazı” beynəlxalq sərgisi çərçivəsində 2 saziş imzalayıb

Daşkənd, 16 may, AZƏRTAC

Daşkənddə keçirilən “Özbəkistanın neft və qazı - OGU 2019” beynəlxalq sərgisi çərçivəsində SOCAR 2 saziş imzalayıb.

AZƏRTAC xəbər verir ki, “Özbəkneftqaz, SOCAR və “BP Azerbaijan” şirkəti Aral dənizindəki 4 investisiya blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında saziş imzalayıb. Sazişə görə, geoloji kəşfiyyat işləri Aral dənizi akvatoriyasının Özbəkistan hissəsində aparılacaq. Kəşfiyayt işləri tərəflərin təsdiq etdiyi qrafikə əsasən, mərhələlərlə icra ediləcək.

İkinci saziş isə Qaşqadərya vilayətində olan 4 işlənmiş yatağın inkişafı ilə bağlıdır. Bu sazişi isə SOCAR və “Özbəkneftqaz” imzalayıb.

Sənədləri SOCAR-ın vitse-prezidenti Bəhram Hüseynov, “Özbəkneftqaz” şirkətinin idarə heyətinin sədri Baxadur Sidikov və “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Qreq Rayl imzalayıblar.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.