İQTİSADİYYAT


SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin yeni inzibati binası istifadəyə verilib

Bakı, 19 sentyabr, AZƏRTAC 

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildönümü və “Neftçilər günü” ərəfəsində SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin yeni inzibati binasının əsaslı təmirdən sonra açılışı olub. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, R.Abdullayev görülmüş işlərdən razılığını bildirib, ulu öndər Heydər Əliyevə həsr olunan guşəyə, inzibati otaqlara, eləcə də yeni yaradılmış idman zalı və yeməkxanaya baxış keçirib.

Qeyd edək ki, Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsi SOCAR-ın tərkibinə daxil olan təşkilatların istehsalat sahələrində neft, qaz, su təzahürlərinin, açıq neft və qaz fontanlarının bildirilməsi və ləğv edilməsi, quyularda xüsusi geyim və avadanlıq tətbiq etməklə mürəkkəb qəza işlərinin yerinə yetirilməsi və bu sahədə digər xidmətləri həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.