İQTİSADİYYAT


SOCAR istiqrazlarının sahibləri 12-ci dəfə qazanacaqlar

Bakı, 11 oktyabr, AZƏRTAC

Ölkəmizin kapital bazarlarında vətəndaşlarımız üçün alternativ investisiya imkanları təqdim edən SOCAR istiqrazları oktyabrın 17-də baş tutacaq 12-ci faiz ödənişi ilə birlikdə sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollarlıq gəlir qazandıracaq və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 15 milyon dollara yüksələcək.

“SOCAR Capital” şirkətindən AZƏRTAC-a bildirilib ki, nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5 faiz olan və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının 1,25 milyon dollarlıq rüblük faiz məbləği Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb.

İnvestorların ehtiyaclarına uyğun şəkildə dizayn edilməsi, yüksək gəlirlilik, yüksək likvidlik, alqı–satqı əməliyyatlarının asanlığı (hətta 1 milyon dollarlıq istiqrazı cəmi 1 saata satmaq mümkündür), faiz ödənişlərinin qrafikə uyğun aparılması və SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti – hansı ki, indiyədək belə bir əməliyyatın aparılmasına ehtiyac olmayıb – SOCAR istiqrazlarının əsas xüsusiyyətlərini təşkil edir.

SOCAR istiqrazı sahibləri sərfəli şərtlərdə REPO əməliyyatı ilə qısamüddətli kredit cəlb edə və ya istiqrazı Milli Depozit Mərkəzində girov qoymaqla, müvafiq bankdan 2 il müddətinədək illik faiz dərəcəsi 15–16 faiz olan manat krediti götürə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5 faizlik gəlirlərini itirmir və cəlb etdikləri kreditin faktik faiz dərəcəsi 9–10 faizə enmiş olur.

Xatırladaq ki, SOCAR istiqrazları Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağızdır və “ASAN xidmət” mərkəzlərindən (1 və 5 saylı) əldə edilməsi mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.