DÜNYA


“SONY” və “TMSC” şirkətləri Yaponiyada yarımkeçiricilər zavodu inşa edəcək

Tokio, 9 oktyabr, AZƏRTAC

Yaponiyanın “SONY” və Tayvanın “TSMC” şirkətləri Yaponiyada yarımkeçiricilərin istehsalı üzrə yeni zavod inşa edəcəklər.

AZƏRTAC “Nikkei” qəzetinə istinadla xəbər verir ki, məqsəd yarımkeçiricilərə bütün dünyada yaranmış kəskin ehtiyacı aradan qaldırmaqdır. Bildirilir ki, layihənin reallaşdırılmasına ümumilikdə 800 milyard yen (7 milyard dollar) ayrılması nəzərdə tutulur. Vəsaitin təqribən yarısının Yaponiya hökuməti tərəfindən ayrılacağı qeyd edilir. Həmin zavodda smartfonlar və avtomobillər üçün mikrosxemlər istehsal ediləcək.

Kumamoto prefekturasının cənubunda inşa ediləcək zavodun 2024-cü ildə istismara veriləcəyi bildirilir.

Qeyd edək ki, hazırda bütün dünyada avtomobil və elektronika istehsalçıları yarımkeçiricilər çatışmazlığı ilə qaşılaşıblar. Bunun səbəbi kimi koronavirus pandemiyası nəticəsində istehsalın kəskin azalması və Yaponiyanın “Renesas Electronics” şirkətində martda baş vermiş yanğın göstərilir. Bu şirkət dünya mikrosxemlər bazarında 17 faiz paya malik idi.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.