REGİONLAR


Saatlıda ət və süd məhsullarının istehsalında artım qeydə alınıb

Saatlı, 14 may, Aydın Yavərzadə, AZƏRTAC

Saatlıda kənd təsərrüfatının aparıcı sahələrindən olan maldarlıqda uğurlu nəticələr qazanılıb. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, ət və süd məhsulları istehsalında artım qeydə alınıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2022-ci ilin birinci rübündə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 67821 baş, o cümlədən ana inək və camışların sayı 32399 baş, qoyun və keçilərin sayı 115175 baş olub. İribuynuzlu mal-qaranın tərkibində ana inək və camışların sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 42 baş artıb.

Heyvandarlıq sahəsində iri müəssisələr üzrə 23 kəndli-fermer təsərrüfatı fəaliyyət göstərir ki, onlardan biri dövlət müəssisəsidir. Kəndli-fermer təsərrüfatları və dövlət kənd təsərrüfatı müəssisəsi üzrə 2022-ci ilin birinci rübündə 797 baş iribuynuzlu mal-qara, o cümlədən 360 baş ana inək və camış, 9696 baş qoyun və keçi olub. 2022-ci ilin yanvar-mart ayları ərzində rayon üzrə ət istehsalı (diri çəkidə) 1680,8 ton, süd istehsalı 8550,1 ton, yumurta istehsalı 3 milyon 771 min ədəd olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 ton çox ət, 2,1 ton çox süd, 32 min ədəd çox yumurta istehsal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.