REGİONLAR


Saatlıda qanvermə aksiyası keçirilib

Saatlı, 29 noyabr, Mahir Babayev, AZƏRTAC

Saatlıda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankı işçilərinin təşəbbüsü ilə keçirilən aksiyada rayonun icra strukturlarının nümayəndələri, tibb işçiləri, şəhər sakinləri və gənclər fəallıq nümayiş ediblər.

Mərkəzi Qan Bankın səkkiz nəfərdən ibarət həkim briqadası rayon mərkəzi xəstəxanasının tibb personalı ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Gün ərzində davam edən humanitar aksiya çərçivəsində 108 nəfər könüllü donordan qan alınıb. Tədarük olunan qan nümunələri Respublika Mərkəzi Qan Bakının laboratoriyasında yoxlandıqdan sonra irsi qan xəstələrinin müalicəsində istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.