REGİONLAR


Saatlıda şagirdlər narkomaniyanın fəsadları barədə maarifləndiriliblər

Saatlı, 12 may, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Cəfərxan kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toplantıda çıxış edənlər ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı aparılan qətiyyətli tədbirlərdən danışıblar. Bildirilib ki, bu cinayət əməli ilə məşğul olan hər bir şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilir. Gənclərin isə belə hallarla qarşılaşdıqda ehtiyatlı olmaları, dərhal müəllimlərinə, valideynlərinə və polisə məlumat vermələrinin vacibliyi diqqətə çatdırılıb.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.