CƏMİYYƏT
Sabah Bakıda 39 dərəcə isti olacağı gözlənilir
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycanda iyulun 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27° isti, gündüz 34-39° isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.
İyulun 19-da Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada yaranan durğunluq əksər əhali üçün çox əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 35-40° isti, bəzi yerlərdə 42° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27° isti, gündüz 36-41° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 18-23° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27° isti, gündüz 37-40° isti, bəzi yerlərdə 43° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 20-24° isti, gündüz 28-33° isti təşkil edəcək.