CƏMİYYƏT


Sabirabadda “VAZ-21011” markalı avtomobilin vurduğu piyada ölüb

Bakı, 29 iyun, AZƏRTAC 

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabirabad rayonunun Surra kəndi ərazisində yolu keçən kənd sakini Mehman Nağıyev Kovlar kənd sakini S.Ağayevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillə vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hadisə ilə bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.