REGİONLAR
Sabirabadda taxıl zəmilərindən 103 min tondan çox məhsul yığılıb
Sabirabad, 2 iyul, Mahir Babayev, AZƏRTAC
Sabirabadın fərdi fermer təsərrüfatlarında taxıl yığımı başa çatıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən ilin payızında cari ilin məhsulu üçün rayonda 25 min 148 hektar sahədə taxıl əkilib ki, bunun da 10 min 386 hektarı arpa, 14 min 762 hektarını isə buğda sahəsi təşkil edib. Biçin kampaniyasına mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə zəmilərdən 103 min 542 ton məhsul toplayaraq biçini başa çatdırıblar. Yığılmış məhsulun 64 min 163 tonu buğda, 19 min 379 tonu isə arpa məhsulu olub. Biçin aparılan hər hektardan ümumilikdə 40,7 sentner məhsul götürülüb ki, bu da ötən ildəkindən 1,7 sentner çoxdur. Ayrı-ayrı fərdi fermer təsərrüfatlarında məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olub.
Qaratəpə kənd sakini, fermer Rahib Hüseynov becərdiyi 6 hektar taxıl sahəsinin hər hektarından 52 sentner məhsul götürərək digər əkinçilərdən fərqlənib.
Qeyd edək ki, ötən il sabirabadlı taxılçılar 25 min 136 hektar taxıl sahəsindən 100 min 100 ton məhsul yığıblar.