REGİONLAR
Sabirabadda yarım ildə 32 min tondan çox tərəvəz yığılıb
Sabirabad, 10 iyul, Mahir Babayev, AZƏRTAC
Sabirabadda tərəvəz yığımının qızğın çağıdır. Məhsul istehsalçıları yetişdirdikləri tərəvəz sahələrindən bu günədək 32 min 22 ton məhsul tədarük ediblər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ilin yazında sabirabadlı əkinçilər 3 min 437 hektar sahədə tərəvəz əkiblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində əkin sahələrində bol məhsul yetişib. Yığıma vaxtında başlayan fermerlər bu günədək 1916 hektar tərəvəz sahəsindən 32 min 22 ton məhsul yığıblar. Ötən il bu rəqəm 26 min ton olub.
Tədarük olunan məhsulun 1271 tonunu kələm, 986 tonunu bibər, 8 min 588 tonunu xiyar, 9 min 647 tonunu pomidor, 2 min 517 tonunu badımcan, 4 min 964 tonunu soğan, 2 min 949 tonunu sarımsaq, 321 tonunu yerkökü, 283 tonunu süfrə çuğunduru və 496 tonunu isə s. tərəvəz təşkil edir. Əkinçilər, həmçinin 27 min 553 ton bostan məhsulları da tədarük ediblər.
Rayonda tərəvəz yığımı davam edir.