CƏMİYYƏT


Şabranda ov edən paytaxt sakini cəzalandırılıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Şabran rayonu ərazisində ov edən şəxs saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, brakonyerə məxsus 99-UU-811 dövlət nömrə nişanlı “NİVA” markalı avtomobilə keçirilən baxış zamanı vəhşi təbiətdən diri vəziyyətdə tutulmuş adı “Qırmızı kitab”a düşən Qafqaz şahini aşkar edilib. Araşdırma zamanı qanun pozucusunun Bakı şəhər sakini İlkin Əcəmov olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

B.Məhəmmədovun sözlərinə görə, baytar nəzarətindən sonra quş təbiətə buraxılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.