CƏMİYYƏT


Sabunçu rayonunda avtomobil oğurlayan şəxs Bərdədə saxlanılıb

Bakı, 15 iyul, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə müraciət edən Ramana qəsəbə sakini Ş.Abdullayev iyunun 29-da dövlət qeydiyyat nişanlarını çıxardığı “VAZ-2108” markalı avtomobilinin oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsinin Ağdam rayon sakini A.Məmmədov tərəfindən oğurlanması müəyyən edilib. O, Bərdə rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.