CƏMİYYƏT
“Sağlam düşüncə - sağlam cəmiyyət” mövzusunda onlayn görüş keçiriləcək
Bakı, 30 iyul, AZƏRTAC
Avqustun 1-də saat 12:00-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi feysbuk səhifəsi üzərindən “Sağlam düşüncə - sağlam cəmiyyət” mövzusunda onlayn görüş keçiriləcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə mütəxəssis qismində Respublikası Respublikası Medianın İnkişafı Agentliyinin audiovizual media üzrə eksperti Səbinə Seyidova və Xəzər Universitetinin müəllimi, klinik psixoloq, neyroelm mütəxəssisi Aydan Xasməmmədzadə çıxış edəcəklər.
Qeyd edək ki, görüşün əsas məqsədi son zamanlar intihar hadisələrinin günün ağrılı və aktual mövzularından biri olduğunu nəzərə alaraq, insanların psixoloji sağlamlığının qorunması, özgüvənin artması, internet resurslardan düzgün istifadə edilməsi, uşaqların zərərli informasiyadan qorunması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsidir.