ELM VƏ TƏHSİL


“Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiq olunduğu məktəblərin sayı artırılır

Bakı, 6 oktyabr, AZƏRTAC

2022-ci ildə ölkə üzrə 8 şəhərdə ümumi olaraq 49 orta məktəbin ibtidai siniflərində “Sağlam təhsil–sağlam millət” layihəsinin tətbiqi nəzərdə tutulub.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda layihə Sumqayıtda 1, Bakıda isə 39 olmaqla, ümumilikdə 40 məktəbin 211 ibtidai sinfində tətbiq edilir. Sözügedən siniflərdə təhsil alan ümumi şagird sayı isə 4350 nəfərdir.

Qeyd edək ki, təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə 2014-2015-ci tədris ilindən etibarən “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqinə başlanılıb. Layihənin əsas vəzifələri proqressiv Azərbaycan vətəndaşı yetişdirmək, uşaq və yeniyetmələrin fiziki-psixi sağlamlığının qorunmasına xidmət edən sağlam təhsil texnologiyalarını işləyib hazırlamaq və tətbiq etmək, uşaq və yeniyetmələrdə milli-mənəvi dəyərlərin formalaşdırılmasını təmin edəcək təlim mühitinin yaradılması işinə töhfə vermək, eyni zamanda, tədris prosesinin şagirdlərin sağlamlığını zədələməməsinə yönələn fəaliyyətlərin təşkilindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.