CƏMİYYƏT


Sağlamlıq imkanları məhdud uşaqlar müasir reabilitasiya sistemi ilə əhatə olunublar VİDEO

Bakı, 3 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin xüsusi qayğısı sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli sosial təminat və müasir reabilitasiya sistemi ilə əhatə olunmasına imkan yaradıb.

Həmin kateqoriyadan olan uşaqlar üçün aylıq müavinət, həmçinin onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü ödənilməklə, eyni zamanda, həmin uşaqlar üçün reabilitasiya sisteminin inkişafına xüsusi diqqət yetirilir.

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Nərimanov rayonunda 1 saylı Uşaq Reabilitasiya Mərkəzi müasir tələblərə uyğun qurulub. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqlar üçün Bakının Suraxanı rayonunda 2 saylı Uşaq Reabilitasiya Mərkəzi, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Qəbələ və Şəmkir rayonlarında da uşaq reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.

Uşaq Reabilitasiya Mərkəzlərində sağlamlıq imkanları məhdud uşaqlar məqsədyönlü fizioterapevtik prosedurlara əsaslanan səmərəli reabilitasiya tədbirlərinə cəlb olunmaqla, onların sosial statusunun bərpa edilməsi, cəmiyyətə inteqrasiya imkanlarına malik olmaları üçün xidmətlər göstərilir.

1 saylı Uşaq Reabilitasiya Mərkəzindən hazırlanmış videosujetdə xidmətlərlə tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.