İDMAN


Sağlamlıq imkanları məhdud uşaqlar üçün futbol festivalı keçiriləcək

Bakı, 10 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarı ilə oktyabrın 20-dən noyabrın 21-dək ümumdünya uşaqların müdafiə ayı elan edilib.

AFFA-dan AZƏRTAC-a bildiriblər ki, uşaq və gəncləri sağlam həyat tərzinə cəlb etmək, onların asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli mühit yaratmaq, gənclərin fiziki, əqli, sosial və mənəvi durumundan asılı olmayaraq, onlar üçün futbol oynamaq imkanının yaradılması məqsədilə qurumun dəstəyi ilə bu gün sağlamlıq imkanları məhdud uşaqlar üçün futbol festivalı keçiriləcək. AFFA tərəfindən uşaqlara idman geyimləri və idman ləvazimatları veriləcək.

Missiya Rəhbərləri Xanımlarının Təşkilatının (HOMS) əməkdaşları (səfirlərin həyat yoldaşları) uşaqlara dəstək olmaq üçün festivalda qonaq qismində iştirak edəcək, onlara futbol topları ilə yanaşı, müxtəlif hədiyyələr təqdim edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.