REGİONLAR


“Şahdağ” və “Uğur” komandaları liderliyi bölüşür

Qusar, 18 fevral, Elxan Yusifli, AZƏRTAC

Fevralın 18-də Azərbaycan Region Liqasında III turun oyunları çərçivəsində Qusarın “Şahdağ” futbol klubu Sumqayıtın “Uğur” komandası ilə qarşılaşıb.

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, Şövkət Orduxanov adına Qusar şəhər stadionunda keçirilən matçda hesab açılmayıb.

Şimal zonasında digər qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda oynanılıb. Quba “Şahdağ” kollektivi Şabranı təmsil edən “Səhliyalı” komandası ilə qarşılaşıb. Matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. Rəqib qapısından 4 cavabsız top keçirən qubalı futbolçular turnirdə ilk qələbələrini qazanıblar.

İki turdan sonra Region Liqasının Bakı-Şimal zonası üzrə B qrupunda “Şahdağ” (Qusar) və “Uğur” (Sumqayıt) komandaları 7 xalla liderlik edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.