İQTİSADİYYAT


“Şahdəniz 2” üçün birinci platformanın üst tikililəri quraşdırılıb

Bakı, 4 iyul, AZƏRTAC

“Şahdəniz 2” üçün inşa olunmuş Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının üst tikililərinin STB-1 barjı üzərində dənizə yola salınmasından sonra, iyulun 2-si saat 18.00-da bu qurğu öz daimi yerinə çatmış, dünən (iyulun 3-də) səhər isə onun artıq çoxdan həmin yerdə quraşdırılaraq üst tikililərini gözləyən dayaq blokunun üzərinə quraşdırılması işlərinə hazırlıq başlanılıb.

“BP Azərbaycan”dan AZƏRTAC-a bildirilib ki, STB-1 barjı yavaş-yavaş dayaq blokunun dayaqları arasına hərəkət edib, saat 15:00-da üst tikililər çox dəqiqliklə və uğurla barjdan dayaq blokunun üzərinə oturulub. Yükü boşalmış barj dayaq blokunun o biri tərəfindən çıxaraq geriyə istiqamət götürüb.

Dünən axşam isə platformanın ilk sakinləri – menecer və sazlama-montaj üçün işçi heyəti, gəmidən platformaya köçürülüb və sazlama-montaj işlərinə hazırlıq başlanılıb.

BP-nin layihələr üzrə vitse-prezidenti Yuan Drammond: “Bu gözəl xəbərdir. “Sahdəniz 2”nin ilk platforması artıq yerindədir, üst tikililər uğurla dayaq blokunun üzərinə oturdulub. Həm də nə gözəl ki, hər şey tam təhlükəsiz başa çatdırılıb. Bu nəhəng əməliyyatın uğurlu olmasında, həmçinin layihənin bütün mərhələlərinin uğurla həyata keçirilməsində əməyi olanların hər birini təbrik edir, onlara təşəkkürümü bildirirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.