SİYASƏT


Sahibə Qafarova: Avropaya üz tutan qaçqınlar ayrı-seçkiliyə məruz qalırlar

Strasburq, 26 aprel, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyası (AŞPA) yaz sessiyasında avstriyalı deputat Vurn Giselanın hazırladığı “Qaçqın və məcburi köçkün qadınların gender əsaslı zorakılıqlardan qorunması” adlı məruzənin müzakirəsindən sonra assambleyanın qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi Sahibə Qafarova Avropa Mühafizəkarlar Qrupu adından çıxış edib. O bildirib ki, məruzənin mövzusu çox böyük aktuallıq kəsb edir.

Sahibə Qafarova sülh və əmin-amanlıq axtarışı ilə Avropaya gəlmiş qaçqın qadınların tənqid və nifrətlə üzləşdiklərini bildirib. O, Avropaya gəlmiş qaçqın qadın və qızların gender əsaslı zorakılığa, cinsi istismara, eləcə də etnik və dini mənsubiyyətə görə ayrı-seçkiliyə məruz qaldıqlarını, onların təhlükəsizliyinin təmin edilmədiyini, tibbi yardım almadıqlarını vurğulayıb.

Assambleyanın qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi bildirib ki, qaçqın və miqrant qadınların əsas probleminin onların təhsil almaq imkanlarının məhdud olmasıdır. O, qaçqın və miqrant qadınların təhsil və işlə təmin edilməsi sahəsində mövcud olan problemləri də qeyd edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.