Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Sahibkarlara maliyyə dəstəyi mexanizmləri şəffaf və aydın başa düşüləcək meyarlara əsaslanır

Sahibkarlara maliyyə dəstəyi mexanizmləri şəffaf və aydın başa düşüləcək meyarlara əsaslanır

Bakı,16 sentyabr, AZƏRTAC

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər və iqtisadi fəallığın azaldılması özəl sektora ciddi təsir göstərib. Azərbaycan hökuməti neqativ təsirlərin minimallaşdırılması və sahibkarların bu çətin durumda daha geniş dəstəklənməsi məqsədilə mühüm addımlar atıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilk növbədə, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, kredit resurslarına daha asan çıxışının təmin edilməsi və vergi yükünün azaldılması, pandemiyayadək alınan kreditlər üzrə faizlərin əhəmiyyətli hissəsinin subsidiyalaşdırılması kimi mühüm istiqamətləri əhatə edir.

Maliyyə dəstəyi mexanizmindən 132 mindən çox sahibkar faydalanıb

Koronavirus pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamı və Nazirlər Kabinetinin aprelin 4-də təsdiq etdiyi Tədbirlər Planına əsasən, pandemiyadan zərərçəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramı dövlət büdcəsi tərəfindən ayrılmış vəsaitlər çərçivəsində həyata keçirilir. Belə ki, pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən 215 milyon manat, fərdi və mikro sahibkarlara göstərilən maliyyə dəstəyi çərçivəsi isə 80 milyon manat, ümumilikdə 295 milyon manat vəsait ayrılıb.

Maliyyə dəstəyi 2 proqram üzrə həyata keçirilib. Muzdlu işçilərə dəstək proqramı vergiödəyicilərinin aprelin 1-i və iyulun 1-ə olan aktiv əmək müqavilələrinə əsasən işçilərin 2 aylıq əməkhaqlarının ödənilməsini nəzərdə tutur. Fərdi sahibkarlara maliyyə dəstəyi isə onlar tərəfindən 2019-cu il ərzində dövlət büdcəsinə ödədikləri verginin məbləğindən asılı olaraq həyata keçirilir. Hər iki dəstək proqramı 2 mərhələləridir.

Aprel ayından başlayan maliyyə dəstəyi proqramından indiyədək 1-ci mərhələ çərçivəsində 25 min vergiödəyicisi 216 min muzdlu işçisi üçün 98,5 milyon manat, 107 min 223 fərdi sahibkar isə 63,7 milyon manat maliyyə dəstəyi əldə edib. Avqust-sentyabr aylarında isə 2-ci mərhələ üzrə maliyyə dəstəyi çərçivəsində 22 min 885 vergiödəyicisi 234 min 355 muzdlu işçisi üçün 101,9 milyon manat həcmində vəsait alıb, 49 min 887 fərdi sahibkar isə dövlətdən daha 12,47 milyon manat dəstək əldə edib. Beləliklə, bu günədək dövlət tərəfindən ayrılmış vəsaitlərin muzdlu işçilərə dəstək proqramı üzrə proqramı üzrə 93,7 faizi, fərdi sahibkarlar üzrə 95,2 faizi sahibkarlara ödənilib.

Fərdi sahibkar maliyyə dəstəyini necə alır?

Son günlər bəzi informasiya vasitələrində ayrı-ayrı sahibkarlıq subyektləri tərəfindən maliyyə dəstəyinin əldə edilməsi ilə bağlı narazılıqlar ifadə edilib. Belə şikayətlərdən biri də fərdi sahibkar Elxan Qədirovla bağlıdır. E.Qədirov yerli mətbuata verdiyi açıqlamada bildirib ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində dövlətdən ancaq cari ilin aprel ayında 355 manat məbləğində birdəfəlik maliyyə dəstəyi alıb və ötən dövr ərzində heç bir əlavə yardım almayıb.

Dövlət Vergi Xidməti məsələ ilə bağlı sahibkarın müraciətini araşdırıb. Belə ki, Qədirov Elxan Malik oğluna (VÖEN: 1502348632) bu ilin aprel ayında “Fərdi sahibkarlara dəstək proqramı” üzrə 364 manat məbləğində birdəfəlik maliyyə dəstəyi göstərilib. Vergiödəyicisinin əmək müqaviləsi ilə çalışan işçisi qeydə alınmadığı üçün ona “Əmək ödənişləri ilə bağlı dəstək proqramı” üzrə dəstəyin göstərilməsi mümkün olmayıb. Fərdi sahibkarın aprel ayı istisna olmaqla, ötən müddət ərzində dövlət maliyyə yardımı əldə etməməyinin səbəbi onun vergi orqanlarına təqdim etdiyi hesabatlarda əmək müqaviləsi ilə çalışan işçisinin qeyd olunmamasıdır.

İşçisi olmadığı və işlədiyi obyektdə özü çalışdığı üçün E.Qədirov yalnız fərdi sahibkarlar üçün nəzərdə tutulan maliyyə dəstəyi üzrə müraciət etmək hüququndan istifadə edib. Dövlət maliyyə yardımı çərçivəsində fərdi sahibkarın ala biləcəyi vəsaitin məbləği onun 2019-cu il ərzində büdcəyə ödədiyi verginin məbləğinə uyğun olaraq müəyyən edilir. Bu səbəbdən də fərdi sahibkar E.Qədirova 2019-cu il ərzində onun büdcəyə olan vergi ödənişlərinin həcmi qədər maliyyə yardımı göstərilib.

Avqust ayında dövlət tərəfindən maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində fərdi sahibkarlara təkrarən vəsait ödənilib. İkinci dəfə maliyyə dəstəyi almaq hüququndan bütövlükdə 50 minədək fərdi sahibkar faydalanıb. Bir daha nəzərə çatdırılır ki, sahibkarlara ödənilən maliyyə vəsaitlərin həcmi və ödənilmə meyarları Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalara əsasən həyata keçirilir.

İqtisadçı alim, Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, dövlətin maliyyə dəstəyi mexanizmi kifayət qədər asan anlaşılandır və maliyyə dəstəyinin göstərilməsi üzrə şəffaf və hər bir şəxs tərəfindən aydın başa düşüləcək meyarlar mövcuddur. Bundan başqa, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan və dövlət maliyyə yardımını almış vergiödəyicilərinin tam siyahısı, hər birinin adı və VÖEN-i İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytında mütəmadi yenilənməklə açıq şəkildə (www.taxes.gov.az) yerləşdirilir və maraqlanan hər bir şəxs maliyyə dəstəyi almış şəxslər barədə açıq mənbələrdə geniş məlumat əldə edə bilər.

Vergi tətilləri və güzəştlər paketi

İqtisadçı ekspert bildirir ki, dövlətin sahibkarlara göstərdiyi dəstək bununla bitmir. Pandemiyanın təsirlərinin minimallaşdırılması üçün geniş vergi güzəştləri paketi təqdim olunub. Bu dəstək paketinə ümumi dəyəri 130 milyon manat olan vergi və sosial güzəşt paketinə pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətillərinin verilməsi, əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma, əldə edilən mənfəətin, gəlirin 75 faizi miqdarında vergi güzəşti, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin 50 faiz endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi kimi əhəmiyyətli tədbirlər də daxildir. Bundan başqa, mikrosahibkarlıq subyektlərinə 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin verilməsi, həmçinin vergilərin, cari vergi ödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətilləri verilib.

Sahibkarlar üçün ucuz kreditlərə çıxış imkanları yaradılıb

V.Bayramovun sözlərinə görə, sahibkarlığa mühüm dəstək mexanizmlərindən biri də məhdudlaşdırma tədbirləri nəticəsində biznes itkilərinə məruz qalmış sahibkarlara əlavə dəstək məqsədilə dövlət tərəfindən güzəştli kreditlər paketidir. Sahibkarlara bizneslərini inkişaf etdirmək, ucuz kredit resurslarına çıxış imkanı yaratmaq məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi mexanizmi təsdiq olunub.

Bundan başqa, sahibkarlara veriləcək yeni kreditlərin 60 faizinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin yarısının subsidiyalaşdırılması, eləcə də bu il martın 10-na mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin 10 faizinin dövlət tərəfindən maliyyələşdirilməsi üçün yeni mexanizmlər işə salınıb. Bu dəstək 1,5 milyard manat kredit portfelini əhatə edir. Sahibkarlar üçün yaradılmış bu imkanlar ucuz maliyyə vəsaitlərinə çıxışı asanlaşdırmaqla yanaşı, bank kreditlərinin iqtisadi artımı dəstəkləməsini təmin edir.

Ekspert hesab edir ki, İqtisadiyyat Nazirliyi tərəfindən bütün dəstək proqramları çərçivəsində tətbiq olunan mexanizmlər şəffaflıq, dürüstlük və effektivlik meyarlarına söykənir. İstər maliyyə dəstəyi mexanizmləri, istər dövlət tərəfindən təqdim edilmiş digər dəstək alətləri çərçivəsində hər hansı çətinliklə rastlaşan istənilən sahibkar İqtisadiyyat Nazirliyinə müraciət edərək məsələsini aydınlaşdıra bilər.

Deputat əminliyini ifadə edib ki, nazirlik öz növbəsində, sahibkarı dinləməyə və qarşıya çıxan məsələlərdə dəstək göstərməyə hazırdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib