İQTİSADİYYAT


Sahibkarlıq subyektləri arasında alternativ enerjidən istifadənin təşviqi müzakirə olunub

Bakı, 7 sentyabr, AZƏRTAC

Sahibkarlığın İnkişafı Fondu (SİF) və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələri arasında birgə əməkdaşlığa dair görüş keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə sahibkarlıq subyektləri arasında alternativ enerjidən istifadənin təşviqi, bərpa olunan enerji sahəsində sənaye həcmli layihələr və fəal istehlakçıların dəstəklənməsi məqsədilə maliyyə mexanizmlərinin formalaşdırılması imkanları, “yaşıl enerji” layihələrinin həyata keçirilməsinə birgə dəstək göstərilməsi və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, sahibkarlıq subyektlərinin alternativ enerji yönümlü layihələrinin dəstəklənməsi Sahibkarlığın İnkişafı Fondunun 2021-ci il üzrə güzəştli kreditlərin verilməsində prioritet istiqamətlərindən biri kimi müəyyən olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.