REGİONLAR


Şahmat üzrə respublika olimpiadasında 500-dək idmançı mübarizə aparır VİDEO

Qusar, 10 iyul, Elxan Yusifli, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Qusarda keçirilən şahmat üzrə respublika olimpiadasında 46 şəhər və rayondan 496 idmançı mübarizə aparır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar Olimpiya İdman Kompleksində keçirilən olimpiada 16 yaşadək gənclər arasında təşkil olunub. On bir turdan ibarət yarış İsveçrə sistemi üzrə keçirilir. Yarışlarda 10 yaşadək idmançılar “B”, 10 yaşdan yuxarı şahmatçılar isə “A” qruplarında çıxış edirlər.

Olimpiadanın açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək yarışların əhəmiyyətindən danışıb, idmançılara uğurlar diləyiblər. Bildirilib ki, Qusarın belə bir şahmat yarışına ev sahibliyi etməsi regionlarımızın sürətli inkişafından, şahmat idman növünə göstərilən yüksək dövlət qayğısından xəbər verir.

Yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılov vurğulayıb ki, respublika şahmat olimpiadasında iştirak edən idmançılar arasında dünya və Avropa, eləcə də bir sıra nüfuzlu turnirlərin iştirakçıları da var.

Turnir iyulun 19-dək davam edəcək.

Olimpiadanın sonunda qalib idmançılar Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının və Qusar Rayon İcra Hakimiyyətinin xatirə medalları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.