İDMAN


Şahmatçımız Aydın Süleymanlı Monteneqroda keçirilən turnirin qalibi olub

Bakı, 30 aprel, AZƏRTAC

Şahmatçımız Aydın Süleymanlı Monteneqronun Niksiç şəhərində keçirilən turnirdə yüksək nəticə göstərərək qalib adını qazanıb.

AZƏRTAC xəbər verir ki, şahmatçımız 9 turdan 8 xal toplayaraq birinci yeri tutub. Şahmatçımız bununla yanaşı, reytinqinə 25 ELO xalı da əlavə edib. Yarışda 5-i qrossmeyster olmaqla, 16 şahmatçı iştirak edib.

Qeyd edək ki, A.Süleymanlı bu turnirdən əvvəl Monteneqroda keçirilmiş "Vladimir Bato Kontic" memorialında da qalib adını qazanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.