İDMAN


Şahmatçımız Şiroğlan Talıbov Avropa çempionatında maksimum nəticə ilə irəliləyir

Bakı, 17 oktyabr, AZƏRTAC

Müxtəlif yaş qrupları üzrə onlayn Avropa çempionatında şahmatçılarımızın çıxışı davam edir.

AZƏRTAC xəbər verir ki, təmsilçilərimizdən ən yaxşı nəticəni 16 yaşlı şahmatçılar arasında açıq yarışda Şiroğlan Talıbov göstərib.

Şahmatçımız 4 turun nəticəsinə görə, maksimum xalla turnir cədvəlində liderliyi ələ keçirib. Həmin yaş qrupunda qızlar arasında isə Ayan Allahverdiyeva liderlər qrupunda mübarizə aparır. Digər təmsilçilərimizdən Uğur İlyaslı (18 yaş), Nərmin Abdinova (14 yaş) 4 turdan 3,5 xal toplayıblar.

Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Yarış oktyabrın 21-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.