İDMAN


“Sakramento Kinqz” basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakı, 11 may, AZƏRTAC

Milli Basketbol Assosiasiyasında (MBA) mübarizə aparan “Sakramento Kinqz”in yeni baş məşqçisi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Kaliforniya klubundan ayrılan Elvin Centrini Mayk Braun əvəzləyəcək.

“Sakramento” rəhbərliyi 52 yaşlı mütəxəssislə dördillik müqavilə imzalayıb.

Xatırladaq ki, “Kinqz” son 16 ildə pley-off mərhələsinə vəsiqə qazana bilməyib. Bu mövsüm komanda müntəzəm çempionatda Qərb konfransında 12-ci yeri tutub.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.