CƏMİYYƏT


Salyanda “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Salyanda “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib. Bu barədə AZƏRTAC-a Mənəvi Dəyərlərin Təbliği Fondundan məlumat verilib.

Tədbirdə Fondun icraçı direktor müavini Ceyhun Əliyev, əməkdaşı Rəşid Paşalı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri Sənan Xəlilov, Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, Salyan Rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev milli kimliyin gənclər arasında təbliğ edilməsinin vacibliyindən danışıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev qloballaşmanın müxtəlif səpkili təzahürləri haqqında söhbət açıb. İcraçı direktor müavini ailə, təhsil və mühitin milli kimliyimizin formalaşmasında böyük rol oynadığını diqqətə çatdırıb.

Fondun əməkdaşı Rəşid Paşalı mütəfəkkirlərin və ictimai-siyasi xadimlərin fikirləri kontekstində milli kimlik məsələsinin komponentləri haqqında iştirakçıları məlumatlandırıb.

Salyan Rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev dünyada gedən proseslər fonunda milli kimliyimizi və dəyərlərimizi gələcək nəsillərə çatdırmağın əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri Sənan Xəlilov qloballaşma və milli kimlik anlayışları arasındakı münasibətlərin düzgün tənzimlənməsinin vacibliyinə toxunub.

Seminar-treninqin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.