REGİONLAR


Salyanlı fermerlər bu il üzüm bağlarından bol məhsul gözləyirlər

Salyan, 22 avqust, Mahir Babayev, AZƏRTAC

Salyanda üzümçülük əsas təsərrüfat sahələrindəndir. Fermer və torpaq mülkiyyətçiləri bu gəlirli sahəyə böyük maraq göstərdiyindən rayonda üzüm plantasiylarının sahəsi ilbəil artır.

AZƏRTAC xəbər verir ki, hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1186 hektar üzüm bağı var ki, bunun da 952 hektarı barverəndir.

Bu il havalar əlverişli keçdiyi və meynələrə aqrotexniki qaydada qulluq göstərildiyi üçün rayonun üzüm bağlarında bol məhsul yetişib. Yaxın günlərdə məhsul yığımına başlanılacaq. Fermer Samit Şirinov AZƏRTAC-a deyib ki, üzümçülük çox gəlirli sahədir. Hər il bu sahədən xeyli gəlir əldə edirəm. 3 hektar üzüm bağım var. Becərmə və dərmanlama işlərini vaxtlı-vaxtında apardığımdan bağımda bol məhsul yetişib. Bu günlərdə yığıma başlayacağam. Təxmini hesablamama görə sahəmdən 5 tona yaxın məhsul götürə biləcəm.

Qeyd edək ki, ötən il rayonda 952 hektar üzüm bağından 15 min 411 sentner məhsul yığılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.