REGİONLAR


Şamaxıda şəhid Naiq Ələkbərovun xatirəsi anılıb VİDEO

Şamaxı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusunun giziri Ələkbərov Naiq Faiq oğlunun şəhidlik zirvəsinə ucalmasından 2 il ötür.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksələn Naiq Ələkbərovun anım günü onun məzarı yanında qeyd edilib. Mərasimdə şəhidin ailə üzvləri, qazilər, hərbçilər, din xadimləri, ziyalılar, ağsaqqallar, Şamaxı Rayon İcra Hakimiyyəti və SHXÇDX-nin yerli şöbəsinin əməkdaşları iştirak ediblər.

Naiq Ələkbərov 1994-cü il avqustun 8-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub. 2000-2011-ci illərdə F.Şıxəliyev adına Bağırlı kənd tam orta məktəbində, 2012-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində təhsil alıb. Naiq 2014-2015-ci illərdə gizir hərbi rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2015-ci ildə kurslardan keçərək Xüsusi Təyinatlı Qüvvələrin cərgələrinə qoşulub. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Naiq Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Onun xidmət etdiyi bölmə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Oktyabrın 9-da növbəti döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.

Xatırladaq ki, şəhid Naiq Ələkbərovun atası Faiq Ələkbərov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Hazırda qardaşı da ordu sıralarında xidmət edir.

Gizir Naiq Ələkbərovla eyni gündə həmyerliləri Amanalıyev Tərlan Rövşən oğlu və Manafov Zahir Zakir oğlu da şəhidlik məqamına yüksəliblər. Şamaxı Şəhidlər xiyabanında hər üç şəhidin məzarı ziyarət edilib, ruhlarına dualar oxunub, keçdikləri şərəfli döyüş yolundan söhbət açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.