REGİONLAR
Şamaxıda sərnişin mikroavtobusunun aşması nəticəsində 15 nəfər xəsarət alıb YENİLƏNİB VİDEO
Şamaxı, 8 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Şamaxıda sərnişin mikroavtobusunun aşması nəticəsində 15 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün saat 9 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusun aşması nəticəsində Şəki sakinləri İbrahimxəlil Məmmədli, Süleyman Babayev, İlham Rzayev, Qurban Rəhimov, Qızılgül Səmədova, Toğrul Məmmədov, Yaqub Ömərov, Röyal Məmmədov, Bəsti Darçınova, İlham Abdulrəhmanov, Humay Ağabalayev, Xəyal Rüstəmov, Raidə Zamanova və hələlik adı məlum olmayan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım stansiyasının avtomobilləri ilə Şamaxı Diaqnostika Mərkəzinə və rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
X X X
10.01
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin məlumata görə, bu gün saat 09 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusun aşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb.
Hazırda yaralılar təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılır.
Faktla bağlı araşdırma aparılır.