REGİONLAR


Şamaxıda ümumi məhsul buraxılışı 18 faizdən çox artıb

Şamaxı, 27 aprel, AZƏRTAC

Şamaxı rayonunda cari ilin birinci rübündə ümumi məhsul buraxılışının həcmi 54 milyon 302 min manat olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 454 min manat və ya 18,4 faiz çoxdur.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, Şamaxıda iqtisadiyyatın ayrı-ayrı sahələrində uğurlu nəticələr qazanılıb. Təkcə üç ayda sənaye məhsullarının həcmi 2020-ci ilin ilk üç ayı ilə müqayisədə 2,8 dəfə artıb və 4 milyon 667 min manat olub. Rayon iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorda məhsul istehsalının həcmi 818 min manat artaraq, 11 milyon 741 min manata çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.