SİYASƏT


Şamil Ayrım: Azərbaycanı haqq yolundan heç bir təhdid və hədə çəkindirə bilməz

Şamil Ayrım: Azərbaycanı haqq yolundan heç bir təhdid və hədə çəkindirə bilməz

Ankara, 29 yanvar, AZƏRTAC

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı insanlıq əleyhinə cinayət, beynəlxalq münasibətlərə dair bütün qaydaların kəskin şəkildə pozulmasıdır. Şəhid qardaşımıza Allahdan rəhmət, yaralılara şəfa diləyərək bir daha bəyan edirik ki, hər zaman olduğu kimi Can Azərbaycanın yanındayıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım söyləyib.

Prezident İlham Əliyevin törədilən qanlı cinayətə kəskin və qətiyyətli mövqeyini, eləcə də dünya ictimaiyyətinin böyük qınağını xatırladan millət vəkili Şamil Ayrım deyib: “Məlum terrorla bağlı ortadakı mövcud bütün suallara törədilən cinayətin ədalətli və şəffaf istintaqı cavab verə bilər. Bu terrora şərait yaradan və onun təşkilatçıları qəti bilməlidir ki, Azərbaycanı haqq yolundan heç bir hədə, heç bir təhdid çəkindirə bilməz. Türkiyə dövləti və xalqı əbədiyyətə qədər Azərbaycanla qardaşlığını qoruyacaq”.

 
Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.