ELM VƏ TƏHSİL


“Samsung” bütün cihazlarını süni intellektlə təchiz etməyi planlaşdırır

Bakı, 10 yanvar, AZƏRTAC

“Samsung” şirkətinin bütün cihazları 2020-ci ilədək "Əşyalar interneti"nə qoşulma ilə təmin ediləcək və süni intellektə malik olacaq. Bu barədə Las-Veqasda keçirilən “CES 2018” Beynəlxalq Elektronika İstehlakçıları Sərgisində şirkətin prezidenti Ki Nam Kim məlumat verib.

AZƏRTAC “life.ru” saytına istinadla xəbər verir ki, şirkət “Bixby” adlı səsli köməkçidə süni intellektin təkmilləşdirilməsini planlaşdırır. K.N.Kimin sözlərinə görə, 2020-ci ildə “Samsung” şirkətinin istehsalı olan hər bir cihaz süni intellektlə təchiz olunacaq və səsin köməyi ilə qurğular idarə ediləcək.

“Samsung Electronics” artıq “Bixby” səsli köməkçisini “Samsung TV”yə inteqrasiya edib. Smartfon və səsli köməkçi vasitəsilə televizoru idarə etmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.