İDMAN


Samux rayonunda qazilər və gənclər arasında “Airsoft praktiki atəş” hərbi-simulyasiya oyunları üzrə yarış keçirilib

Bakı, 27 iyun, AZƏRTAC

Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin birgə təşkilatçılığı ilə Samux rayonunda "26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü"nə həsr olunmuş, qazilər və gənclər arasında “Airsoft praktiki atəş” hərbi-simulyasiya oyunları üzrə yarış keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə, Samux, Goranboy, Naftalan, Mingəçevir, Ağdaş və Yevlax nümayəndəliklərinin gəncləri iştirak ediblər. Bakı şəhəri DİN-in İdman Cəmiyyətinin üzvləri tərəfindən təmsil olunub. Oğlan və qızlardan ibarət olan komandaların ümumilikdə 95 nəfər üzvü yarışıb. Yarışın 1-ci hissəsində rayon iştirakçıları sabit hədəflərə airsoft silahları ilə atışlar həyata keçirib. 2-ci hissədə isə hədəflərə hərəkətdə atəş açılıb. Nəticələrə əsasən gənclər və Samux rayonunun qaziləri diplom, medal və hədiyyələr ilə təltif olunublar.

Qeyd edək ki, yarışın təşkilatçısı DİN-in İdman Cəmiyyətinin baş məşqçi-müəllimi, Fəxri bədən tərbiyəsi və idman işçisi, Əməkdar məşqçi Rəsul Məmmədovdur. Yarışı Bəxtiyar Şıxzadayev, Cəlal Axundov, İlkin Ağazadə və Rüstəm İbrahimov idarə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.