REGİONLAR
Şanlı qələbənin sevinci: Naxçıvan şəhərində zəfər coşqusu davam edir VİDEO
Naxçıvan, 10 noyabr, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqa müraciət edərək Şanlı Qələbəmizin müjdəsini verdiyi andan etibarən Naxçıvan Muxtar Respublikasının bütün rayon və şəhərlərində yüzlərlə gənc, qadın, uşaq, yaşlı küçə və meydanlara çıxıb, bu şad xəbəri bir-biri ilə bölüşüb, Ali Baş Komandana, qəhrəman əsgər və zabitlərimizə sonsuz məhəbbət ifadə edən şüarlar səsləndiriblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, gecə saatlarından başlayaraq Qələbə yürüşləri gün ərzində davam edib. Axşam olmasına baxmayaraq hazırda da Naxçıvan şəhərinin küçə və prospektlərində bayram-əhval ruhiyyəsi hökm sürür. Mərkəzi prospektlərdə yürüş edən sakinlər Müzəffər Ali Baş Komandanımızı, qüdrətli ordumuzu alqışlayır, Azərbaycan və Türkiyə bayraqlarını qürurla dalğalandırır, şüurlar səsləndirirlər.
Naxçıvan şəhərində Böyük Qələbə sevincini əks etdirən videonu təqdim edirik.