CƏMİYYƏT


“Saxta xalça məhsullarının müəyyən edilməsi” mövzusunda təlim keçirilib

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində gömrük əməkdaşları üçün “Saxta xalça məhsullarının müəyyən edilməsi” mövzusunda təlim keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbiri gömrük əməkdaşlarının peşə və ixtisas biliklərini artırmaq məqsədilə DGK və “Azərxalça” ASC birgə təşkil ediblər.

Təlimdə “Azərxalça”nın mütəxəssisləri iştirakçılara bu qurumun QR kodlu xalçaları ilə iş prinsipləri, istifadə qaydaları barədə məlumat veriblər.

Təlim çərçivəsində əldə edilən məlumatlar gömrükçülərin xalça və digər toxuma məmulatları haqqında bilgilərini artırmaqla yanaşı, sərhədkeçmə prosesində gömrük işinin daha səmərəli və sürətli şəkildə reallaşdırılmasına da şərait yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.