REGİONLAR


Şəhər statusu verilməsinin 70 illiyini qeyd edən Sumqayıtın gecə görüntüləri FOTOREPORTAJ

Sumqayıt, 18 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt öz şanlı yubileyinə hazırdır. Şəhər büs-bütün bayram libasına bürünüb. Görülən işlər və yaradılan bayram əhval-ruhiyyəsi şəhərin gözəlliyinə əlavə rəng qatıb.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən hazırlıq tədbirləri çərçivəsində şəhərin küçə və prospektləri, park və xiyabanları, Dövlət Dram Teatrının binası, Dənizkənarı Bulvar, Heydər Əliyev parkı xüsusi işıq effektləri ilə bəzədilib.

Çindən gələn bir qrup mütəxəssisin quraşdırdığı al-əlvan işıq qurğuları şəhərə xüsusi yaraşıq verir. Sayrışan işıqlarda Sumqayıt başqa bir gözəlliyə qərq olub. 70 illik yubiley münasibətilə bəzədilən şəhər öz sakinlərinə və bayrama axışan qonaqlara xoş ovqat bəxş edir.

AZƏRTAC Sumqayıtın əsrarəngiz gecə görüntülərini çəkən fotoqraf Xəqani Əzizovun fotolarını təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.