SİYASƏT


Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş igidlərimizin xatirələrinin yad edilməsi məqsədilə “Şəhidlər ölməz - Vətən bölünməz” silsiləsindən növbəti tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən növbəti tədbirdə şəhid Rəşid Pərviz oğlu Həmidovun xatirəsi anılıb. Mərasimdə şəhidin ailə üzvləri, dostları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər şəhidin qısa, amma şərəfli həyat və döyüş yolundan söz açıb, belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

İgid əsgərimizin anası Tənzilə xanım yüksək diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandanımıza və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirdə Rəşidin ömür və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.