CƏMİYYƏT


Şəhid ailə üzvlərinin, müharibə səbəbindən əlilliyi olan şəxslərin və müharibə veteranlarının reyestri yaradılır

Bakı, 4 iyun, AZƏRTAC

Şəhid ailə üzvlərinin, müharibə səbəbindən əlilliyi olan şəxslərin və müharibə veteranlarının reyestri yaradılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildirilib ki, reyestrə şərti olaraq “Zəfər reyestri” adı verilib.

Bu reyestrə şəhidlərimizin ailə üzvlərinin və bu kateqoriyadan olan vətəndaşlarımızın məlumatları toplanılacaq. Reyestr dövlət orqanlarına və özəl qurumlara imkan verəcək ki, bu kateqoriyadan olan vətəndaşlarımızın müraciəti zamanı onların dərhal tanınması və onlara növbədənkənar xidmətlərin göstərilməsi və ya qanunla müəyyən olunmuş hüquqlarının həyata keçirilməsi, güzəştlərin əldə edilməsində açar rolunu oynasın.

Prezident İlham Əliyevin tapşırığına əsasən hazırlanan reyestr ilin sonuna qədər tam formalaşdırılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.