Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Şəhid pilotun anım mərasimində Zəfər nəğmələri səslənib VİDEO

Bakı, 2 noyabr, AZƏRTAC

“Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən bu il noyabrın 8-i ilk dəfə olaraq ölkəmizdə təntənəli şəkildə, ümumxalq bayramı kimi qeyd ediləcək. Sərəncamda bildirilib ki, Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu...

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin gələcəyini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı...

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikamızın hər yerində olduğu kimi, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində də Zəfər Günü ərəfəsində silsilə tədbirlər həyata keçirilir. “Zəfər yolunun qəhrəmanları” layihəsi həm Ordumuzun şəxsi heyəti, həm də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda reallaşan növbəti tədbirdə Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasında müstəsna xidmətləri olan Hərbi Hava Qüvvələrimizin şəhid pilotu polkovnik Zaur İsmayıl oğlu Nudirəliyevin xatirəsi ehtiramla yad edilib.

Müdafiə Nazirliyinin, Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhid ailələri, mədəniyyət və elm xadimləri, Bakı Qarnizonundakı hərbi hissələrin və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçuları, kursantlar, müharibə iştirakçıları və qazilərin iştirak etdikləri tədbirdə əvvəlcə şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Layihənin müəllifi polkovnik Abdulla Qurbani bildirib ki, bugünkü teatrlaşdırılmış ədəbi-musiqili tamaşanın baş qəhrəmanı ulu öndər Heydər Əliyevin 50 il öncə - 1971-ci ildə yaratdığı indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirməsidir. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı bu təhsil ocağından pərvazlanan peşəkar zabitlər əsl qəhrəmanlıq, mərdlik və şücaət nümunələri göstərərək müasir hərb tariximizə parlaq səhifələr yazıblar.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, eləcə də bu məktəbin Naxçıvan filialının bazasında yaradılan Heydər Əliyev adına Hərbi Liseyin yüzlərlə yetirməsi olan zabitlər bütün qoşun növlərində təmsil olunaraq Ulu Öndərin arzularının həyata keçməsi, Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edərək xalqımızın 30 illik həsrətinə son qoyublar. Onlardan bir neçəsi respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə hərbi əməliyyatlarda öz canlarından, qanlarından keçərək şəhidlik zirvəsinə ucalıb, neçəsi döyüşlərdə sağlamlığını itirib, neçəsi isə bu gün də ordu sıralarında dövlətimizin təhlükəsizliyi, sərhədlərimizin toxunulmazlığı naminə xidmətlərini şərəflə davam etdirir, düşmən təxribatlarının qarşısını qətiyyətlə alırlar.

Sonra A.Qurbani şəhid polkovnik Zaur Nudirəliyevin həyat və döyüş yolu ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakıda anadan olub. 1995-ci ildə Cəmşid Naxçıvanski adına İbtidai Hərbi Məktəbi (indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey), 1999-cu ildə Türkiyə Respublikası Hərbi Təyyarəçilik Məktəbini uğurla bitirib.

Aviasiya eskadrilyası aviasiya manqasının təyyarəçisi vəzifəsindən “Su-25” təyyarələri üzrə aviasiya eskadrilyasının komandiri vəzifəsinədək yüksəlib.

Vətən müharibəsi başlayanda polkovnik Zaur Nudirəliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xidmət edirdi. Müharibənin ilk günündən sevimli təyyarəsinin sükanı arxasına keçərək döyüş uçuşlarını müvəffəqiyyətlə həyata keçirib. Ağdərə-Tərtər, Füzuli-Cəbrayıl istiqamətlərində düşmənin hərbi bazalarının, döyüş mövqelərinin, zenit-raket komplekslərinin, radio-elektron mübarizə vasitələrinin, silah-sursat anbarlarının və digər infrastrukturunun darmadağın edilməsində xüsusilə fərqlənib. Düşmənə hərbi texnika və canlı qüvvə sarıdan ağır zərbələr vurub. İşğalçıların uzun illərdir betonlayıb bərkitdikləri bir çox bunker, istehkam tikililərinə sarsıdıcı, dağıdıcı zərbələr endirib.

Hərbi Hava Qüvvələrinin komandanı – müdafiə nazirinin müavini general-leytenant Ramiz Tahirovun 44 günlük Vətən müharibəsində hərbi aviasiyamızın xidmətləri barədə ətraflı çıxışı həm hərbi qulluqçuların, həm də qonaqların böyük marağına səbəb olub. Komandan milli şahinlərimizin və Hava Hücumundan Müdafiə hərbi qulluqçularının - görünməyən qəhrəmanların əfsanəvi igidliklərindən, yeni müharibə müstəvisinə gətirdikləri yeniliklərdən, alınan yeni nəsil təyyarə, helikopter, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə və digər aviasiya vasitələrindən milli şahinlərimizin peşəkarlıqla istifadə etdiklərindən, dünyanın bir çox ölkələrində, əsasən də qardaş Türkiyədə aldıqları təhsildən, beynəlxalq təlimlərdə əldə olunan təcrübələrdən Vətən müharibəsində səmərəli şəkildə və ustalıqla tətbiq etmələrindən qürurla danışıb.

General-leytenant Ramiz Tahirov Zaur Nudirəliyev və Ramiz Qasımov kimi bacarıqlı, təcrübəli şahinlərimizin həlak olmasını xalqımız və ordumuz üçün ağır itki hesab etsə də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluqçularla görüşdə dediyi fikirləri xatırladaraq şəhidlərin ailə üzvlərinin qazanılan böyük Zəfərlə təsəlli tapdıqlarını dilə gətirib: “Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı”.

Hərbi Hava Qüvvələrinin komandanı böyük Zəfərin qazanılmasında xidmətləri olan hər bir döyüşçünün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunduğunu qeyd edərək vurğulayıb ki, polkovnik Zaur Nudirəliyevin xidmətləri də dövlət səviyyəsində yüksək qiymətləndirilib. Bir neçə gün ərzində 13-cü döyüş uçuşunu da uğurla yerinə yetirib şəhidlik zirvəsinə ucalan igid pilotumuza Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi, onun “Vətən uğrunda”, Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunması şəhid pilotun xidmətlərinə göstərilən ən yüksək dəyərdir.

Polkovnik Zaur Nudirəliyevin ölümündən sonra təltif olunduğu iki medal – “Cəbrayılın azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları da alqışlar altında komandan tərəfindən şəhidin həyat yoldaşı Nazilə Nudirəliyevaya təqdim edilib.

Şəhidin dəfnində onun iki yadigar övladını atalarının adına layiq böyüdüb, tərbiyə edəcəyinə and içən Nazilə xanımın dediyi “Vətən sağ olsun!” kəlmələri alqışlarla qarşılanıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-leytenant Füzuli Salahov və Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız Qələbənin tarixi əhəmiyyətindən, ordu-xalq birliyindən iftixar hissi ilə danışıb, Zəfər yolunun qəhrəmanlarını hörmətlə yad edib, onların xatirələrinin bundan sonra da əziz tutulacağına əminliklərini bildiriblər.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, akademik Muxtar İmanov Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında müasir silahların, yeni texnikaların böyük rolu ilə yanaşı, milli-mənəvi dəyərlər əsasında tərbiyə edilən müasir Azərbaycan döyüşçüsünün vətənpərvərlik hissinin, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun da az rol oynamadığını söyləyib. Azərbaycan folklorundan, xalq yaradıcılığından o cümlədən möhtəşəm “Dədə Qorqud” boylarından nümunələr gətirən akademik Ulu Öndərin vaxtilə söylədiyi bir fikrin bu gün də aktual olduğunu diqqətə çatdırıb və Azərbaycan əsgərinə şəhidlərimizin qəhrəmanlıq ənənələrini bundan sonra da uğurla davam etdirməyi arzulayıb. O deyib: “Mən inanıram ki, hərbi qulluqçularımız Ulu Öndərdən miras bu kəlamları heç vaxt unutmayacaqlar: “Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.

Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov və “Azərbaycan Bayrağı” ordenli ehtiyatda olan polkovnik-leytenant Etibar Camalov şəhid polkovnik Zaur Nudirəliyevin təhsil aldığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları olduqları üçün fəxr etdiklərini və bu gün də Azərbaycan naminə Prezident, Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bəyan ediblər.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun “Qorqud” ansamblının (ansamblın rəhbəri Əməkdar artist Nuriyyə Hüseynovadır), Bakı Bələdiyyə Teatrı aktyorlarının və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi yaradıcı heyətinin iştirakı ilə təqdim olunan ədəbi-musiqili kompozisiya və Zəfər nəğmələri böyük maraqla qarşılanıb.

Tədbirdən sonra şəhid Zaur Nudirəliyevin dəfn edildiyi İkinci Şəhidlər xiyabanı ziyarət olunub, məzarı önünə əklil və güllər düzülüb.

“Zəfər Yolunun Qəhrəmanları” layihəsi çərçivəsində vətənpərvərlik tədbirləri davam edir.

 

Şəhid pilotun anım mərasimində Zəfər nəğmələri səslənib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO