MƏDƏNİYYƏT


Şəhid və qazi övladları üçün növbəti xeyriyyə aksiyası təşkil olunub

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə şəhid və qazi ailələri övladları ilə bağlı xeyriyyə aksiyası keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, aksiyada plastik cərrah Dilqəm Məhərrəmov təmənnasız iştirak edib. Aksiyanın aparıcısı Könül Muxtarova ənənə halını almış xeyriyyə aksiyası barədə danışıb.

Sonra Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbənin rəisi Zümrüd Səmədova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Nizami rayon filialının sədri Məhi Mehdiyev, “Təhsil” İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əjdər Cəfərov, Əməkdar idman ustası Eduard Məmmədov, həmçinin tanınmış mədəniyyət və incəsənət nümayəndələri çıxış ediblər.

Övladları sünnət olunmuş şəhid və qazi ailələrinin üzvləri onları daim diqqətdə saxlayan aksiya təşkilatçılarına göstərdikləri qayğıya görə təşəkkürlərini bildiriblər.

Vətən müharibəsində Qələbəmizi qanı və canı bahasına qazanan şəhid və qazi ailələrini daim diqqət mərkəzində saxlayan Bakı Şəhər Mədəniyyət Baş İdarəsi bu aksiyanı gələcəkdə də davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.