SİYASƏT


Şəhidlərimizin tanıdılması məqsədilə hərbi hissələrdə tədbirlər keçirilir

Bakı, 24 sentyabr, AZƏRTAC

Azad edilən ərazilərdə yerləşən hərbi hissələrdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərin məqsədi Vətən müharibəsində canından keçən şəhidlərimizin, eləcə də döyüşlərdə iştirak edən igid Azərbaycan övladlarının tanınması və tanıdılması, xatirələrinin ehtiramla yad olunmasıdır.

Görüşlər zamanı ehtiyatda olan hərbi qulluqçular şəhid və yaralı döyüş yoldaşları haqqında xatirələrini bölüşüblər.

Tədbirlərdə tarixi Qələbə haqqında viktorina keçirilib və qaliblərə xatirə hədiyyələri təqdim edilib.

Sonda şəxsi heyətə Vətən müharibəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib və "Əsgər məktubu" layihəsi çərçivəsində hərbi qulluqçular doğmalarına məktublar yazıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.