MƏDƏNİYYƏT


“Şəhidlik zirvəsi” layihəsində növbəti videoçarx şəhid Sənan Hüseynova həsr olunub

Bakı, 22 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı “Şəhidlik zirvəsi” layihəsinə davam edərək II Qarabağ müharibəsində, Vətən uğrunda gedən döyüşlərdə şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Sənan Vidadi oğlu Hüseynova həsr olunmuş videoçarx hazırlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın sosial şəbəkə hesablarında izləyicilərə təqdim edilən videoçarxda torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçən Sənan Hüseynovun həyatı və keçdiyi döyüş yolu haqqında məlumat verilib.

Videoçarxda qeyd edilir ki, 1996-cı il aprelin 1-də Qazaxıstanın Aktau şəhərində anadan olan Sənan əslən Füzuli rayonunun işğaldan azad olunan Qacarlar kəndindəndir. 2008-ci ildə ailəsi ilə birlikdə Azərbaycana gəldikdən sonra Bakı şəhəri Xəzər rayonu 149 nömrəli tam orta məktəbdə təhsilini tamamlayıb. 2014-cü ildə hərbi xidmətə yollanan igidimiz 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. Bu döyüşlərdə kəşfiyyatçı kimi strateji yüksəkliklərin azad edilməsində fəallıq göstərib. Sentyabrın 27-si II Qarabağ müharibəsi başlananda hərbi səfərbərliyə yollanıb. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Vurğulanıb ki, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.